bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" uğur xəttində

24.11.2016 13:17 Oxundu 1670

Bu gecə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində sonuncudan əvvəlki matçına çıxacaq. Komandamız uğur xəttinin tam üstündə dayanıb. Hətta son iki oyunda xal qazanmaq mümkün olmasa da "Qarabağ"ın "pley-of"a çıxmaq imkanı var. Nəzəri olaraq, Ağdam təmsilçisi növbəti mərhələyə çıxmaya bilər. Amma bu hadisələrin ən pis variantda cərəyan etməsi təqdirində mümkün ola bilər. Belə ki, PAOK klubu təsilçimizi kecmək üçün bu gün "Fiorentina"nı büdrətməli, növbəti oyunda isə "Slovan"a qalib gəlməlidir. Bu gün "Fiorentina" heç-heçə oynayacağı təqdirdə qrup birinciliyini, uduzacağı təqdirdə isə mərhələ adlamaq şansını təhlükəyə salacaq. Bu səbəbdən "Fiorentina"nın bu günkü oyuna xüsusi önəm verəcəyi gözləniləndir. PAOK bu gün İtalyadan xalsız qayıdarsa komandamaıza çatmaq şansını itirəcək. Bu halda "Slovan"ın şansı yarana bilər. Çexiya komandasıbu şansı dəyərləndirmək üçün bu gün "Qarabağ"ı, növbəti turda isə Yunanınıstanda PAOKu məğlub etməlidir. Bu mümkün olsa belə, son turda "Qarabağ"ın qazanacağı bir xal "Slovan"ın bütün ümidlərinin üstündən xətt çəkəcək. Odur ki, hətta 7 xalla da "Qarabağ"ın "pley-of"a çıxmasına ümid edə bilərik.