bazar, 18 yanvar 2026

ŞAHMAT

FİDE Karlseni 40 min avro cərimələdi

24.11.2016 13:51 Oxundu 1933

Xəbər verdiyimiz kimi, şahmat tacı uğrunda matçın 8-ci partiyasında ağlarla oyunayan dünya çempionu Maqnus Karlsen rəqibin əks-həmləsinin qarşısını ala bilməyərək təslim olmuşdu. Oyunda sonra əsəbilərini cilovlaya bilməyən çempion mətbuat konfransına da gəlməyib. Buna görə də Beynəlxalq Şahmat Federasiyası (FİDE) onu matç üçün nəzərdə tutulmuş qonorarın 10 faizi miqdarında cərimələyib. Bu isə ən az 4 milyon avro deməkdir. Belə ki, matçın qonarı 1 milyon avrodur, bunu 60 faizi qalibə. 40 faizi isə məğluba veriləcək. Əgər Karlsen matçı məğlub başa vurarsa, o zaman alacağı 400 minin 10 faizindən məhrum olacaq. Dünya çempionu titulunu saxlaya bilsə, onda cərimənin miqdarı bir qədər də böyüyərək 60 min avroya çatacaq.