24.11.2016 16:07
1770
1770
“Liverpul” klubunun və İngiltərə millisinin keşmiş yarımmüdafiəçisi Stiven Cerard karyerasını başa vurduğunu elan edib. S. Cerard KİV-də gələcəyi ilə bağlı son spekulyasiyalardan sonra bu addımı atmaq qərarına gəlib. O bldirib: “Mənim heyrətamiz karyeram olub, “Liverpul”, İngiltərə yığması və “Qelaksi”də keçirdiyim hər ana görə təşəkkür edirəm”.
Bəzi məlumatlara görə, o hazırda məşqçilik lisensiyası almaq niyyətindədir. Yeri gəlmişkən onu da qeyd edək ki, o, futbol şərhçisi kimi də fəaliyyət göstərmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, 36 yaşlı futbolçu 1998-2015-ci illər ərzində “Liverpul”un şərəfini qoruyub, sonra ABŞ-ın “Qelaksi” klubuna keçib.