bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Mourinyo: "Barselona" Messiyə, Messi isə "Barselona"ya məxsusdur"

24.11.2016 17:15 Oxundu 2156

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo hesab edir ki, Lionel Messi onun komandasına keçməyəcək. Belə məlumatlar var ki, argentinalı 2018-ci ilin yayınadək qüvvədə olan müqaviləsi bitdikdən sonra digər komandaya keçmək istədiyini klub rəhbərliyinə bildirib. "Barselona" isə bu məlumatı təkzib edib.

Joze Mourinyo: "Hər il hamı deyir ki, Messi başqa komandaya keçəcək. Daha çox pul dalınca qaçacaq. Amma o heç hara getmir. Mən ümid edirəm ki, Messi kataloniya klubunu heç vaxt tərk etməyəcək. Çünki "Barselona" Messiyə, Messi isə "Barselona"ya məxsusdur. Sadəcə əminəm ki, o "Mançester Yunayted"ə keçməyəcək", - deyib.