25.11.2016 11:33
1856
1856
“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino şübhə etmir ki, dünyanın bütün yaxşı futbolçuları İngiltərə çempionatında çıxış edəcəklər. İspaniyalı mütəxəssis bunu İngiltərə klublarının maliyyə imkanları ilə əlaqələndirib. Maurisio Poçettino:
"Messi, Ronaldo kimi futbolçular hər il peyda olmurlar. Onlar "Real" və "Barselona"da çıxış edirlər və kimsə onları klublarından ayıra bilməz. Əgər ingilis klublarının iqtisadi imkanlarına diqqət yetirilsə, yeni Messi və Ronaldo İngiltərə çempionatında oynaycaqlar. Güman edirəm ki, artıq istedadlı futbolçular İngiltərə çempionatında olacaq. Faktiki bu artıq baş verir, - deyib.