bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Yuri Syominin məsləhəti

25.11.2016 12:16 Oxundu 2140

“Lokomotiv”in baş məşqçisi Yuri Syomin komandasının 21 yaşlı yarımmüdafiəçisi Aleksey Mirançukun "Spartak"a keçmək ehtimalından söz açıb. O, Mirançuka pul dalınca qaçmamağı məsləhət görüb: "Mən onun yerində olsaydım, öz klubumda qalardım. Burada ona qarşı gözəl münasibət var. Amma qərarı o özü verməlidir. Ona çoxlu pul təklif oluna bilər, bəs sonra? Ona görə də tövsiyə edirəm ki, pul dalınca qaçmasın". Qeyd edək ki, Mirançukun "Lokomotiv"lə müqaviləsi gələn ilin noyabr ayına qədərdir.

Məlumat üçün bildirək ki, məşqçilik karyerası ərzində daha çox Moskva "Lokomotiv"indəki fəaliyyəti ilə yadda qalan Syomin 2013-2014 mövsümündə Azərbaycanın "Qəbələ" komandasını çalışdırıb. "Lokovotiv"ə ikinci qayıdışını dəyərləndirərkən sadiq azarkeşlərindən söz açan məşqçi demişdir: "Azarkeşlər həmişə məni dəstəkəlyiblər. Hətta "Qəbələ" "Neftçi" ilə oynayanda "Qəbələ"mi dəstəkləməyə yüzlərlə "Lokomotiv" azarkeşi də Bakıya gəlmişdi".