bazar, 18 yanvar 2026

GÜLƏŞ

Qadın güləşçilərimiz üçün 1 qızıl və 4 bürünc medal şansı

25.11.2016 13:24 Oxundu 3029

Azərbaycanın qadın güləşçisi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinda qızıl medal uğrunda yarışacaq. Sportnet.az-ın məlumatına görə, 60 kq çəkidə çıxış edən Tatyana Omelçenko həlledici görüşdə ukraynalı Oksana Herhellə üz-üzə gələcək.

4 güləşçi isə bürünc medal üçün yarışacaq. 53 kq əçkidə Anjela Doroqan kanadalı Samanta Stevartla, 63 kq-da Elmira Qəmbərova yaponiyalı Ayana Qempeiylə, 69 kq-da isə Elis Manolova qazaxıstanlı Elmira Sizdikova ilə görüşəcək. 55 kq çəkinin bürünc medal görüşündə isə iki azərbaycanlı qadın pəhləvan - Şəbnəm Əhmədova və Alyona Kolesnik yarışacaq.

Bakı İdman Sarayında keçirilən görüşlər saat 17:00-da başlayacaq.

Qeyd edək ki, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır. Azərbaycanın sərbəst güləşçiləri ilk yarış günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medallar Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənovun (74 kq), gümüş medal Gitinomaqomed Hacıyevin (70 kq), bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.

48 kq
1/4 final
Valeriya Çepsarakova (RUS) - Sona Tumarxanova 10:0
1/8 final
Emilia Vuc (ROU) - Patimat Baqomedova 12:1
Vicrotia Anthony (USA) - Şəfəq Muradzadə 10:0
53 kq
Bürünc medal görüşü
Samanta Stevart (CAN) - Anjela Doroqan
1/2 final
Anjela Doroqan - Momoka Kadoya (JPN) 2:4
1/4 final
Caterine Carranza (COL) - Anjela Doroqan 0:10
1/8 final
Leyla Qurbanova - Anjela Doroqan 0:5
Səbinə Həmzəlzadə - Samanta Stevart (CAN) 0:10
55 kq
Bürünc medal görüşü
Şəbnəm Əhmədova - Alyona Kolesnik
Təsəlliverici görüş
Şəbnəm Əhmədova - Gulia Rodriges (BRA) 5:4
1/2 final
Alyona Kolesnik - Nina Menkenova (RUS) 9:11
1/4 final
Katarina Kravçik (POL) - Alyona Kolesnik 11:14 (tuşe)
1/8 final
Nina Menkenova (RUS) - Şəbnəm Əhmədova 10:1
Gulia Rodriges (BRA) - Solmaz Həşimzadə 7:6
Ramona Galamboş (HUN) - Alyona Kolesnik 1:7
58 kq
Təmsilçimiz yoxdur
60 kq
FİNAL
Oksana Herhel (UKR) - Tatyana Omelçenko
1/2 final
Yingyan Han (CHN) - Tatyana Omelçenko 3:3*
1/4 final
Tatyana Omelçenko - Madina Bakbergenova (KAZ) 10:0
İrina Netreba - Ayako İto (JPN) 3:6
63 kq
Bürünc medal görüşü
Elmira Qəmbərova - Ayana Gempei (JPN)
Təsəlliverici görüş
Katerina Lopez (CUB) - Elmira Qəmbərova 0:5 (tuşe)
1/4 final
Elmira Qəmbərova - Rui Xu (CHN) 0:12
1/8 final
Elmira Qəmbərova - Nade Dragunova (BLR) 9:0
69 kq
Bürünc medal görüşü
Elis Manolova - Elmira Sizdikova (KAZ)
Təsəlliverici görüş
Yudari Sanchez (CUB) - Elis Manolova 3:5
1/4 final
Mariama Mensah (USA) - Elis Manolova 4:2
1/8 final
Zarina Kunangarayeva (KAZ) - Elis Manolova 2:4
75 kq
1/8 final
Carolina Olaya (COL) - Səbirə Əliyeva 10:0