bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Karlsen apelliyasiya şikayəti verib

25.11.2016 16:00 Oxundu 1807

Xəbər verdiyimiz kimi, şahmat tacı uğrunda keçirilən matçın səkkizinci partiyasındakı məğlubiyyətən sonra dünya çempionu Karlsenə bir zərbə də FİDE tərəfindən vurulmuşdu. Belə ki, o oyundan sonra mətbuat konfransına gəlməməkdə günahlandırılaraq alacağı qonorarın 10 faizindən məhrum edilmişdi. Lakin sonradan məlum olub ki, 8-ci partiya bitəndən dərhal sonra Karlsen konfransın keçiriməli olduğu zala gəlib. Amma təşkilatçıların səhlnkarlığı üzündən konfrans vaxtında baş tutmayıb. Karyakin miks-zonada jurnalistlərin təbriklərini qəbul etdiyindən vaxtında zala dail olmayıb. Karlsen də Karyakinin gəlməsini gözləmədən konfrans zalını tərk edib. İndi o iddia edir ki, mətbuat konfransına gəlib, amma onunla maraqlanan olmadığından salonu tərk edib. Bununla əlaqədar dünya çempionunun komandası FİDE-yə apelliyasiya şikayəti verib.

Hələlik bu şikayətə baxılmayıb.