bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Canni İnfantino: "Bizi qarşıda iki gözəl yay gözləyir!"

25.11.2016 16:39 Oxundu 1916

Bu gün Rusiya Prezidenti Vladimir Putin FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Dövlət başçısı onu Rusiyada görməkdən şad olduğunu bildirib. İnfantino Konfederasiyas Kuboku-2017 (futbol üzrə ənənəvi konfederasiya Kubokuna Rusiyanın 4 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan və Soçi şəhərləri ev sahibliyi edəcək) və futbol üzrə dünya çempionatının yüksək səviyyədə keçiriləcəyini əminliklə dilə gətirib.

İnfantino ilə Putin arasında söhbət bu şəkildə davam edib:

- Burada, Rusiyada olmaq mənə çox xoşdur. Şənbə günü keçiriləcək püşkatma mərasimini səbirsizliklə gözləyirəm. Eşitmişəm ki, Kazan gözəl şəhərdir.

Putin ona belə cavab verib:

- Çox gözəl! Son illərdə Kazan, daha da gözəlləşib. O həm qədim, həm də müasir şəhərdir. Mən orada stadionun təməl daşını bir vaxtlar boş olan bir sahədə qoymuşam.

İnfantino deyib:

- Sabah bu şəhərdə Konfederasiyalar Kubokunun püşkatma mərasimi keçiriləcək. Lakin qarşıda bizi daha genişmiqyaslı tədbir- 2018 -ci ilin Dünya Çempionatı gözləyir. Rusiyanın təcrübəsinə əsasən deyə bilərəm ki, bu tədbirlər ən yüksək səviyyədə təşkil olunacaq. Əminəm ki, bizi qarşıda iki gözəl yay gözləyir! Və biz Rusiyanın qapılarını onu tanıyan və tanımayanların hamısının üzünə açırıq.

Qeyd edək ki, Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək Konfederasiyalar kuboku iyunun 17-də start götürəcək. İyulun 2-dək davam edəcək yarışda Rusiya, Almaniya, Portuqaliya, Çili, Avstraliya, Meksika, Yeni Zelandiya və Afrika çempionu iştirak edəcək. Kubokun püşkatması sabah keçiriləcək.