25.11.2016 16:44
1802
1802
Beynəlxalq Kanoe Federasiyasının (ICF) Bakıda keçirilən XXXVI Konqresində bu qurumun prezidenti vəzifəsinə seçkilər keçirilib. Qurumun hazırkı rəhbəri Xose Perurena Lopez səsvermə nəticəsində növbəti dörd il müddətinə ICF-in prezidenti seçilib. O, 94 mümkün səsdən 82-ni qazanıb.
Xose Perurena Lopez 1945-ci il aprelin 4-də Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayak yarışlarında mübarizə aparıb. ICF-ə 2008-ci ildən rəhbərlik edən Xose Perurena Lopez 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.