2006
Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.
İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
| 48 kq 1/4 final Valeriya Çepsarakova (RUS) - Sona Tumarxanova 10:0 1/8 final Emilia Vuc (ROU) - Patimat Baqomedova 12:1 Vicrotia Anthony (USA) - Şəfəq Muradzadə 10:0 |
53 kq Bürünc medal görüşü Samanta Stevart (CAN) - Anjela Doroqan 0:5 (tuşe) 1/2 final Anjela Doroqan - Momoka Kadoya (JPN) 2:4 1/4 final Caterine Carranza (COL) - Anjela Doroqan 0:10 1/8 final Leyla Qurbanova - Anjela Doroqan 0:5 Səbinə Həmzəlzadə - Samanta Stevart (CAN) 0:10 |
|
| 55 kq Bürünc medal görüşü Şəbnəm Əhmədova - Alyona Kolesnik 1:6 Təsəlliverici görüş Şəbnəm Əhmədova - Gulia Rodriges (BRA) 5:4 1/2 final Alyona Kolesnik - Nina Menkenova (RUS) 9:11 1/4 final Katarina Kravçik (POL) - Alyona Kolesnik 11:14 (tuşe) 1/8 final Nina Menkenova (RUS) - Şəbnəm Əhmədova 10:1 Gulia Rodriges (BRA) - Solmaz Həşimzadə 7:6 Ramona Galamboş (HUN) - Alyona Kolesnik 1:7 |
58 kq Təmsilçimiz yoxdur |
|
| 60 kq FİNAL Oksana Herhel (UKR) - Tatyana Omelçenko 4:1 1/2 final Yingyan Han (CHN) - Tatyana Omelçenko 3:3* 1/4 final Tatyana Omelçenko - Madina Bakbergenova (KAZ) 10:0 İrina Netreba - Ayako İto (JPN) 3:6 |
63 kq Bürünc medal görüşü Elmira Qəmbərova - Ayana Gempei (JPN) 1:4 Təsəlliverici görüş Katerina Lopez (CUB) - Elmira Qəmbərova 0:5 (tuşe) 1/4 final Elmira Qəmbərova - Rui Xu (CHN) 0:12 1/8 final Elmira Qəmbərova - Nade Dragunova (BLR) 9:0 |
|
| 69 kq Bürünc medal görüşü Elis Manolova - Elmira Sizdikova (KAZ) 3:7 Təsəlliverici görüş Yudari Sanchez (CUB) - Elis Manolova 3:5 1/4 final Mariama Mensah (USA) - Elis Manolova 4:2 1/8 final Zarina Kunangarayeva (KAZ) - Elis Manolova 2:4 |
75 kq 1/8 final Carolina Olaya (COL) - Səbirə Əliyeva 10:0 |