1719
Noyabrın 26-27-də yeniyetmə və gənclər arasında 17-ci, böyüklərin isə 24-cü karate üzrə Azərbaycan çempionatı keçiriləcək. “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə keçiriləcək. Təntənəli açılış mərasimi noyabrın 26-sı saat 17:00-da olacaq.
Fərdi kumite və kata yarışlarında 14-15, 16-17 və 21 yaş qrupu üzrə idmançılar çıxış edəcəklər. Çempionatda müxtəlif çəki kateqoriyasından olan yeniyetmə, gənc oğlan və qızlar, eləcə də böyüklər qüvvələrini sınayacaqlar.
Yeni qaydalara əsasən, kumite yarışlarında döyüş zamanı xallara məhdudiyyət qoyulmur, Döyüş vaxtı bitdikdə daha çox xal toplamış idmançı qələbə qazanır. Döyüş zamanı 8 xal üstünlük əldə edildikdə döyüş dayandırılır və üstünlüyə malik idmançı təmiz qələbə qazanır.
Azərbaycan Respublikası Milli Karate Federasiyasının Yeniyetmələr və Gənclər arasında 17-ci respublika birinçiliyinin, Böyüklər arasında isə 24-cü Respublika Çempionatının
P R O Q R A M I
Bakı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi
3 TATAMİ Şənbə günü, 26 noyabr 2016-ci il
08:30 – 09:30 – Şəxsi kata (bütün yaş qrupları).
09:30 – 12:30 - Şəxsi kumite.
Böyüklər arasında ilkin görüşlər.
kişilər: +84 kq; -84 kq; -75 kq; -67 kq; -60 kq; qadınlar: +68 kq; -68 kq; -61 kq; -55 kq; -50 kq;
12:30 – 13:30 – Təsəlliverici görüşlər.
13:30 – 14:00 – Nahar Fasiləsi.
14:00 – 17:00 – Təsəlliverici görüşlər.
17:00 – Turnirin təntənəli açılış mərasimi.
– Bütün çəki kateqoriyaları üzrə Final görüşləri.
– Qaliblərin mükafatlandırılması.
Bazar günü, 27 noyabr 2016-ci il
08:30 – 11:00 – Şəxsi kumite.
Gənclər (16-17 yaş) arasında ilkin görüşlər.
oğlanlar: +76 kq; -76 kq; -68 kq; -61 kq; -55 kq; qızlar: +59 kq; -59 kq; -53 kq; -48 kq;
Yeniyetmələr (14-15 yaş) arasında ilkin görüşlər.
oğlanlar: +70 kq; -70 kq; -63 kq; -57 kq; -52 kq;
qızlar: +54 kq; -54 kq; -47 kq;
Gənclər (21 yaşa qədər) arasında ilkin görüşlər.
oğlanlar: +84 kq; -84 kq; -75 kq; -67 kq; -60 kq;
qızlar: +68 kq; -68 kq; -61 kq; -55 kq; -50 kq;
14:00 – 14:30 – Nahar Fasiləsi.
14:30 – 16:00 – Təsəlliverici görüşlər.
– Bütün çəki kateqoriyaları üzrə Final görüşləri.
– Qaliblərin mükafatlandırılması.
Qalib və mükafatçılar AKFA və MKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunacaqlar.