25.11.2016 21:04
1757
1757
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın saytının yaydığı xəbərə görə, həftənin ən yaxşısı "Roma"nın hücumçusu Edin Dzeko seçilib.O, azarkeşlər arasında keçirilən sorğuda 67 faiz səs toplayıb. "Zenit"in futbolçusu Aleksandr Kokorin 2-ci (11 faiz), "Mançester Yunayted"in hücumçusu Ueyn Runi 3-cü (7 faiz) olub.
Qeyd edək ki, E.Dzeko "Viktoriya" ilə oyunda het-trikə imza atıb.