1699
"Real"ın" baş məşqçisi Zinəddin Zidan ünvanına vaxtaşırı tənqidlər söylənilən Kərim Benzema ilə bağlı fikirlərini bölüşüb. Fransalı mütəxəssis vurğulayıb ki, Benzema ondan tələb olunanı ortaya qoymağı çalışır: "Benzema "Real"da həmişə imtahan verməlidir. Təbii ki, bizdə hər oyunçu belə edir, amma Benzema hamıdan çox imtahan verməlidir. Benzemanın neçə il burada çıxış etdiyini və bu müddətdə neçə qol vurduğunu deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, oyunçu həmişə komandaya lazım olduğunu sübut etməlidir. Bu onun gündəlik vəzifəsi olmalıdır. Qorxulu heç nə baş verməyib və mən deyirəm ki, o, oynamağa davam etməlidir. Benzema nə edirsə, özü və komandası üçün edir. Tənqid isə həmişə olacaq və biz onunla bağlı heç nəyi dəyişmək iqtidarında deyilik.