bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Arşavinin atdığı medalı azarkeş satışa çıxarıb

26.11.2016 09:37 Oxundu 1728

"Kayrat"ın yarımmüdafiçisi Andrey Arşavin ölkə kubokunun finalçısı kimi qazandığı medalı mükafatlandırmadan dərhal sonra tribunalara tərəf atıb. Bu barədə Qazaxıstan mətbuatı məlumat verib. Həmin medal tribunadakı azarkeşlərdən birinə - tələbə Kaynar Qabbasova nəsib olub. Və indi həmin azarkeş medalı sosial şəbəkələr vasitəsilə satışa çıxarıb.

Qeyd edək ki, final oyununda "Kayrat" "Astana" ya 0:1 hesabı ilə uduzub.