bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Hakimi vurdu və...

26.11.2016 10:11 Oxundu 1754

Argentinanın dördüncü divizionunda çıxış edən "Deportivo Merlo" klubunun futbolçusu Emmanuel Franses 22 oyunluq cəzaya məruz qalıb. Buna səbəb onun oyun zamanı yaramaz hərəkətidir. Belə ki, "Arxentino de Kilmes" komandası ilə oyunda o, qapılarına vurulmuş qolu ləğv etdirmək məqsədi ilə oyunun baş hakimi Mariya Euxeniya Rokkonun üzərinə cumub və onu vurub. Bununla bağlı hakim şikayət edib və Argentina Futbol Assosiasiyası onun şikayətini təmin edib.

Qeyd edək ki, son vaxtlar qadın hakimlər futbolçuların hücumlarına tez-tez məruz qalırlar.