bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Uli Heness "Bavariya"nın prezidenti oldu

26.11.2016 10:18 Oxundu 1634

"Bavariya"da prezident seçkiləri keçirilib. Uli Heness Münhen təmsilçisinin yeni prezidenti seçilib. Yeganə namizəd olan Heness səslərin 98.5 faizini toplayıb. Bununla da o, Karl Xopfneranı əvəzləyib.U.Heness 2019-ci ilə qədər prezident olacaq.

Qeyd edək ki, U.Heness bundan əvvəl 2009-2014-cü illərdə "Bavariya"nın prezidenti olub. O, vergidən yayındırdığı üçün 3 il 6 ay həbs cəzası aldığına görə 2014-cü ilin martında tutduğu vəzifədən istefa vermişdi. U.Heness bu ilin fevralında vaxtından əvvəl azadlığa buraxılıb.