26.11.2016 15:34
1861
1861
Bu gün futzal üzrə UEFA Kubokunun elit raundunun B qrupunda son turun oyunları keçiriləcək. Azərbaycan çempionu "Araz" da Xorvatiyada son görüşünə çıxacaq. Qrupdan çıxmaq şansını itirən Naxçıvan təmsilçisi Almaniyanın "Hamburq" klubu ilə üz-üzə gələcək.Qeyd edək ki, "Araz" qrupdakı ilk iki oyununda Xorvatiya "Nasional"ına 1:2, Rusiyanın "Yuqra" komandasına isə 0:4 hesabı ilə məğlub olub.
UEFA Kuboku
B qrupu
26 noyabr
21:00. "Hamburq" - "Araz"