1948
Dünən uzun illər boyu ABŞ-la çəkinmədən mübarizə aparan və kapitalizm sisteminə həyatının sonuna kimi meydan oxuyan Kuba inqilabının rəhbəri, Amerika qitəsində ilk sosialist dövlətini quran əfsanəvi komendante Fidel Kastro Rus 90 yaşında dünyasını dəyişdi. Düzü ötən əsrin 60-80-ci illərində yaşayan sovet adamları üçün Kastro sözün əsl mənasında azadlıq mücahidi, sosializm sisteminin ən çox sevilən görkəmli nümayəndələrindən biri idi. Hətta o dövrdə daim saqqal saxlayan Fidel Kastronu SSRİ-nin qeyri-rus respublikalarının əhalisi öz adamları hesab edirdilər.
.jpg)
Qeyd edək ki, Fidel Kastro həyatına 638 dəfə sui-qəsd olunan bir insan kimi Ginnesin rekordlar kitabına düşüb. Kastro kapitalizmin iyrənc üzünə yaxşı bələd idi. O bununla bağlı demişdi: "Kapitalizm kimi iyrənc ikinci bir quruluş yoxdur. O özündə yalnız müharibə və qəddarlığı əks etdirir. Mən marksist-leninistəm və həyatımın sonunadək bu düşüncə ilə qalacağam".
O həyatının sonuna kimi də bu ideyasına sadiq qaldı. Fidel Kastro 31 iyul 2006-cı ildə sağlamlıq problemləri səbəbiylə müvəqqəti olaraq səlahiyyətlərini qardaşı Raul Kastroya təhvil verdi. 19 fevral 2008-ci ildə də vəzifəsindən tam şəkildə əl çəkərək istefaya çıxdı. Son illərdə o az-az mətbuat qarşıısna çıxırdı və demək olar zorla danışırdı.
.jpg)
Yəqin bilirsiniz: Fidel Kastro futbol fanatı idi. O həm də tanınmış futbolçu Maradonanın yaxın dostu kimi tanınırdır. Məhz Fidel bu məşhur futbolçunu narkomaniyanın caynağından xilas etmişdi.
Fidel uşaq yaşlarından idmanı sevib. Buna görə o, həm məktəbdə, həm də universitetdə həmişə fərqlənib. Özü də o, idmanın bir neçə növü ilə futbol, beysbol, stolüstü tennis, üzgüçülük, qolfla məşğul olub. O, hakimiyyətdə olduğu illərdə də idmandan ayrılmayıb. Deyilənlərə görə Fidel beysbola çox üstünlük verərdi.
.jpg)
Kuba o qədər varlı ölkə olmasa da, idmana həmişə vəsait ayrılardı. Hətta qalibləri Fidel şəxsən özü təbrik edər, onlara hədiyyələr verərdi. İdmana olan həvəsi onun geyimlərində də öz əksini tapardı. Onun "Adidas"ın geyimlərinə rəğbəti daha çox idi. Hətta o, idman geyimlərində prezidentləri, hətta Roma Papasını qarşılayardı. Qeyd edek ki. Fidel Kastro "Arsenal"ın azarkeşi olub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

