27.11.2016 10:53
1732
1732
Nyu-Yorkda Karlsenlə Karyakin arasında keçirilən dünya şahmat tacı uğrunda matçın 11-ci partiyası cəmi 3 saat 20 dəqiqə davam edib. Dübütdən çıxan kimi yüngül fiqurlardan 3-nü dəyişən rəqiblər riskə yol verməyiblər. Karyakin qaraların piyadasının vəzirə çevrilməsinin qarşısını daimi şah vəziyyəti yaratmaqla alıb. Beləliklə, 34-cü gedişdə sülh bağlanıb. Sonuncu "klassik" partiya sabah (28 noyabrda) gün keçiriləcək. Bu partiya da heç-heçə nəticələnsə, onda rəqiblər arasında tay-brek başlayacaq. Bu, noyabrın 30-na təyin olunub.
Xatırladaq ki, həmin gün Karlsenin 26 yaşı tamam olacaq.