bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Luis Enrike: "Onların fikirləri mənə maraqlı deyil"

27.11.2016 11:51 Oxundu 1442

"Mən Lionel Messinin gələcək karyerası barədə futbol mütəxəssislərinin dediklərinə əsla əhəmiyyət vermirəm". Bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike deyib. O həmçinin bildirib: "Eşitdiyimə görə, onlar, yəni Mourinyo da, Qvardiola da onun haqqında fikir söyləyiblər. Amma onların fikirləri mənə maraqlı deyil. Onu da deyim ki, kütləvi informasiya vasitələri Messiyə çox maraq göstərirlər. Mən Messinin öz karyerasını Barselonada başa vurmasını istərdim".