bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Bavariya" yeni baş məşqçi axtarır?

27.11.2016 12:09 Oxundu 1476

Münhenin "Bavariya" klubunun rəhbərliyi komandanın baş məşqçi dəyişikliyi üzərində düşünür. Belə ki, klub italiyalı baş məşqçi Karlo Ançelottinin işindən narazıdır. Odur ki, "Bavariya" yeni məşqçi sevdasına düşüb. Məlumata görə, klub rəsmiləri hazırda "Liverpul"un baş məşqçisi Yurgen Kloppla danışıqlara başlamaq niyyətinədir.

Xatırladaq ki, Ançelotti bu ilin yayında "Bavariya"nın sükanı arxasına keçib. O bu postda Xosep Qvardiolanı əvəzləyib. Məlumat üçün onu da bildirək ki, Qeyd edək ki, Karlo Ançelotti "Bavariya"da Covanni Trapattonidən sonra baş məşqçi vəzifəsində çalışan ikinci italiyalıdır. Onun son iş yeri 2013 - 2015-ci illərdə çalışdığı İspaniya "Real Madrid"i olub.