bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Şəhriyar Xəlilov dünyasını dəyişib

27.11.2016 12:28 Oxundu 1605

Gəncə futbol məktəbinin yetirməsi Şəhriyar Surxay oğlu Xəlilov dünyasını dəyişib. 25 yaşlı futbolçunun ürək tutmasından vəfat etdiyi bildirilir.

Ş. Xəlilov müxtəlif vaxtlarda "Gəncə", "Qarabağ", "İnter", "Qəbələ", "Turan" "Xəzər Lənkəran"da oynayıb. O həmçinin müxtəlif yaş qruplarında millilərin formasını geyinib. Məlumata görə, onun vəfatı ilə əlaqədar Premyer Liqanın bu gün başlanacaq turunun oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.

Allah rəhmət eləsin!