bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Kəpəz" də "Neftçi"nin göz yaşlarına inanmadı

27.11.2016 15:08 Oxundu 1795

Xəbər verdiyimiz kimi, bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Turun açılış matçında əzəli rəqiblər "Kəpəz" və "Neftçi" bu dəfə Gəncədə üz-üzə gəliblər. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb: 2:0. Qolları Orxan Əliyev (19) və Ebah (49) vurublar. Bu komandaların ilk dövrədəki qarşılaşmasında paytaxt təmsilçisi qələbəni bayram etmişdi.

Gəncəlilər bu oyunda qalib gəlməklə həm bakılılardan birinci dövrədəki məğlubiyyətin əvəzini çıxıb, həm də xallarının sayını 15-ə çatdırıb.

Qeyd edək ki, bu, "ağ-qaralar"ın hazırkı çempionatda 10-cu məğlubiyyəti olub. Digər 3 oyunda isə komanda qələbə qazanıb. Ümumilikdə, komanda 39 mümkün xaldan cəmi 9 xal toplayıb və hazırda autsayderlər sırasındadır. "Neftçi"nin bu mövsüm 1 heç-heçəsi belə yoxdur. Komanda 13 turda cəmi 9 qol vurub, 29 qol buraxıb.

Topaz Premyer Liqası

XIII tur

27 noyabr (bazar)

“Kəpəz” – “Neftçi” - 2:0

Qollar: Orxan Əliyev, 19, Ebah, 49

I dövrədəki oyun: 0:2

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 16. Emin Zamanov, 80. Tural Rzayev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov

Baş məşqçi: Şahin Diniyev

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 80. Edson Kastilya, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 19. Fəhmin Muradbəyli, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 90. Jonas Pesalli

Baş məşqçi: Elxan Abdullayev

Turnir cədvəli

1.

Qəbələ

12

8

4

0

27-4

28

2.

Qarabağ

12

9

1

2

24-5

28

3.

İnter

12

6

5

1

20-11

23

4.

Zirə

12

4

2

6

10-13

14

5.

Sumqayıt

12

3

4

5

11-17

13

6.

Kəpəz

12

2

6

4

7-11

12

7.

Neftçi

12

3

0

9

9-27

9

8.

AZAL

12

0

4

8

4-24

4

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7