bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

AZAL 3 xalı əldən verdi

27.11.2016 17:02 Oxundu 1876

Bu gün Topaz Premyer Liqasında XIII turunda AZAL və "Sumqayıt" komandaları üz-üzə gəlib. Turnir cədvəlinin son pilləsində qərarlaşan "təyyarəçilər" Samir Abasovun yetirmələrini əliboş yola salmaqla, cari mövsümdə ilk qələbələrini qazanmağa çalışıblar. AZAL Nuqzar Kvirtiyanın oyunun 38-ci dəqiqəsində vurduğu qolla bunu reallaşdırmaq istəyiblər. Amma 86-cı dəqiqədə "Sumqayıt"ın - Amil Yunanovun on bir metrdən vurduğu qol onların arzularını ürəklərində qoyub və oyun bu hesabla başa çatıb: 1:1. Ötən tur "Neftçi"ni məğlub edən Samir Abasovun komandası bu gün rəqibini məğlub etsə idi, turnir cədvəlində dördüncü pilləyə yüksələcəkdir.

Topaz Premyer Liqası

XIII tur

27 noyabr (bazar)

AZAL – “Sumqayıt” - 1:1

Qırmızı vərəqə: Adan Koronado, 85 (ikinci sarı)

Qollar: Nuqzar Kvirtiya, 38 - Amil Yunanov, 86 (pen.)

I dövrədəki oyun: 1:1

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Vüsal Əliyev

”AZAL Arena”

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 7. Kamal Mirzəyev, 10. Nuqzar Kvirtiya, 17. Rəşad Abdullayev, 18. Ruslan Əmircanov, 21. David Canelidze, 24. Emin Cəfərquliyev (k), 27. Eltun Hüseynov, 77. Adan Koronado
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 11.Ruslan Nəsirli, 16. Aşkan Feyzi, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 95. Şirməmməd Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadeh, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 42. Kamran Abdullazadə
Baş məşqçi: Samir Abasov