27.11.2016 18:12
1769
1769
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XIII turunun "Kəpəz” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Gərgin oyun alındı. Sadəcə olaraq, "Kəpəz” əlinə düşən qol imkanlarından istifadə etdi, biz edə bilmədik. Ona görə də məğlub olduq. Hələ çox oyun var, mövsümün yarısı qarşıdadır. Mükafatçılar sırasına düşmək çətin görsənir, amma avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq”.