bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Diniyev: "Biz taktiki cəhətdən daha ağılı, səmərəli oynadıq"

27.11.2016 18:25 Oxundu 1900

Çempionatın “Kəpəz” – “Neftçi” oyunundan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev jurnalistlərin qarşısına çıxıb. Diniyev oyunla bağlı bunları deyib: “Meydança hər iki tərəf üçün ağır idi. Komandamız texnikalı futbolçulardan qurulub. Rəqib müdafiə olunanda müdafiəni yarmaq çətin olur. Mübarizəli oyun oldu, meydançanın hər qarışı uğrunda mübarizə aparan komanda bu gün qalib gəlməli idi. “Neftçi” də bizə müqavimət göstərdi, qol vəziyyətləri yaratdı. Biz taktiki cəhətdən daha ağılı, səmərəli oynadıq. Səfərdə daha yaxşı oynayırıq nəinki evdə. İtirdiyimiz xallar çox olub”.