27.11.2016 21:39
1939
1939
Topaz Premyer Liqasında XIII turun oyunlrı keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə AZAL-la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyundan sonra "Sumqayıt" FK-nın baş məşqçisi Samir Abasov deyib: "Çox heyfslənirəm ki, 2 xal itirdik. Bu xallara görə başımız ağrayacaq. Meydanda can qoyduq. Qələbə qazanmağı çox istəyirdik, oyundan öncə də fikrimiz bu idi".

















