bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

“Zirə” və “İnter” münasibətlərinə aydınlıq gətirəcəklər

28.11.2016 07:39 Oxundu 1833

Bu gün Topaz Premyer Liqasında XIII turun daha bir görüşü keçiriləcək. İkinci oyun günündə “Zirə” və “İnter” münasibətlərinə aydınlıq gətirəcəklər. Birgünlük dördüncü pilləni “Kəpəz”ə verən Adil Şükürovun yetirmələri öz mövqelərinə qayıtmaq üçün qalib gəlməyə borcludular. Bununla həm də aradakı 9 xallıq fərqi “əritmək” mümkün olacaq. “İnter” isə liderlər – “Qəbələ” və “Qarabağ”ın bu tur bir-birləri ilə qarşılaşmağından istifadə edərək, onlarla aradakı xal fərqini azaltmaq fikrindədi.

Topaz Premyer Liqası

XIII tur

28 noyabr (bazar ertəsi)


17:00. “Zirə” – “İnter”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Kərim Ağayev

I dövrədəki oyun: 1:1

Zirə İdman Kompleksinin stadionu

Turnir cədvəli

1.

Qəbələ

12

8

4

0

27-4

28

2.

Qarabağ

12

9

1

2

24-5

28

3.

İnter

12

6

5

1

20-11

23

4.

Kəpəz

13

3

6

4

9-11

15

5.

Zirə

12

4

2

6

10-13

14

6.

Sumqayıt

13

3

5

5

12-18

14

7.

Neftçi

13

3

0

9

9-29

9

8.

AZAL

13

0

5

8

5-25

5

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7