bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Palmeyras" 22 ildən sonra yenidən Braziliya çempionu oldu

28.11.2016 08:17 Oxundu 1762

San-Paulunun "Palmeyras" futbol klubu 22 ildən sonra yenidən Braziliya çempionu olub. Braziliya çempionatının 37-ci turunda "Şapekoense" klubunu 1:0 hesabı ilə (qolu matçın 26-cı dəqiqəsində Fabiano vurub) məğlub edən "Palmeyras" çempionatın başa çatmasına bir oyun qalmış çempionluğu təmin edib. O, yaxın rəqibi "Flamenqo"nu 7 xal üstələyib.

Qeyd edək ki, "Palmeyras" doqquzuncu (1960, 1967 (yaz), 1967 (payız), 1969, 1972, 1973, 1993, 1994) dəfədir ki, Braziliya çempionatının qalibi olur.

Qeyd edək ki, "Palmeyras"in heyətində çıxış edən Lukas Barrios 2013-2015-ci illərdə Moskvanın "Spartak" komandasının şərəfini qoruyub.