28.11.2016 09:02
1790
1790
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo cəzalandırılacaq. Buna onun İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"ə qarşı oyunda (1:1) tribunaya göndərilməsi səbəb olub. Buna görə portuqaliyalı mütəxəssis 2 oyunluq cəzalandırıla bilər. Qeyd edək ki, J.Mourinyo sözügedən qarşılaşmanın 27-ci dəqiqəsində futbolçusu Pol Poqbaya simulyasiya üçün verilən sarı vərəqəyə sərt şəkildə etiraz edib. Bundan sonra hakim Conatan Moss onu texniki zonadan uzaqlaşdmaq, trinunaya göndərmək barədə qərar qəbul edib.