bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Luis Enrike: "Real Sosyedad" bizi üstələdi

28.11.2016 11:31 Oxundu 1866

"Barselona"nın baş məşqçisi Luis Enrike səfərdə - San-Sebastianda "Real Sosyedad"la olan (1:1) oyunla bağlı fikirlərini bölüşüb.

O deyib: "Mən "Barselona"nın məşqçisi kimi onu deyə bilərəm ki, "Real Sosyedad" bizi üstələdi. Hətta deyərdim ki, biz artıq indidən titulu uduzduq. Bizə daha yaxşı oynamağa başlamaq lazımdır. Bu, bizim ən pis oyunumuz idi, lakin mən əminəm ki, bundan sonra "Barselona" tamam başqa "Barselona" olacaq".

Kataloniyalılar ardıcıl 7-cü dəfədir ki, "Real Sosyedad"ı məğlub edə bilmirlər. Kataloniya təmsilçisinin Sosyedaddakı qələbə həsrəti 10 ilə çatıb. Bundan başqa, "Barselona" cari mövsümdə bütün turnirlərdə ilk dəfədi ki, topa sahib olmada rəqibinə uduzub. 1:1 (Qollar: Villiam Xose, 53 - Messi, 59) hesabı ilə nəticələnən görüşdə Luis Enrikenin yetirmələrinin topa sahib olma dərəcəsi 47,4% olub.

Onu da qeyd edək ki, La Liqanın XIII turunda "Real Sosyedad"la heç-heçə edən "Barselona" lider - "Kral klubu"ndan, "Real"dan 6 xal geri düşüb.