bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Podolski Çin klublarının maraq dairəsinə düşüb

28.11.2016 13:42 Oxundu 1814

Çin klublarının "Qalatasaray"ın ulduz futbolçusu Lukas Podolskinin transferi üçün hərəkətə keçdiyi barədə məlumatlar yayılıb. "Beijing Guoan", "Shanghai Shenhua" və "Shandong Luneng"in gündəmində Podolskinin olduğu vurğulanır. Məlumata görə, Çin klublarının Lukas Podolski üçün yüksək bir qiymət təklif olunacağı söylənilir. Ortada hələ rəsmi bir təklif olmasa da, "Shandong Luneng" Podolskiye ildə 10 milyon avro təklif edəcək.

Qeyd edək ki, "Qalatasaray"la 2018-ci ilə qədər müqaviləsi olan 31 yaşlı oyunçu bu mövsüm 9 rəsmi matçda 5 qol vurub.