bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Toni Kroos: "Leyptsiq" çempion olmayacaq"

28.11.2016 14:18 Oxundu 1850

Almaniya Bundesliqasının XII turunda mövsümün sürpriz lideri, tək məğlubedilməzi "Leyptsiq" səfərdə "Frayburq"la qarşılaşdı. Komanda liderliyi davam etdirmək üçün ortabablardan olan rəqibini xalsız qoydu: "Frayburq" - "Leyptsiq" - 1:4 (Qollar: Niderlexner, 15 - Keyta, 2, Verner, 21, 41, Şabitzer, 79) "Bavariya", "Borussiya" kimi nəhəngləri geridə qoyaraq zirvədə qərarlaşmış debütantın uğurlu oyunlar seriyasının nə qədər davam edəcəyi maraqla gözlənilir.

"Bavariya"nın sabiq yarımmüdafiəçisi, hazırda Madrid "Real"ının şərəfini qoruyan Toni Kroos "Leyptsiq"in ünvanına xoş sözlər deyib. Bununla belə, Kroos düşünmür ki, "Leyptsiq" Almaniya Bundesliqasının çempionu olacaq. Kroosun fikrincə, bu mövsümdə "Bavariya" Almaniya Bundesliqasının çempionu olacaq.

Qeyd edək ki, hazırda "Leyptsiq" Almaniya Bundesliqasının lideridir. Komandanın 30 xalı var. "Bavariya" isə 27 xalla ikinci yerdə gedir.