28.11.2016 15:06
1938
1938
"Atletiko"nun hücumçusu Antuan Qrizmann bildirib ki, o, "Real"a keçməyəcək. O həmçinin vurğulayıb ki, paytaxt klubları aralarında olan razılıqlara görə bir-birinin oyunçularını şirnikləndirici vədlərlə öz heyətlərinə qatmayacaqlar: "Mən "Atletiko"da özümü yaxşı hiss edirəm. Həqiqətən, istəyirəm ki, mükafatlar alım. Amma heç vaxt "Real"a keçə bilmərəm, çünki o bizim düşmənimizdir".
Bəzi məlumatlara görə, Antuan Qrizmann "Mançester Yunayted"in maraq dairəsindədir. Onun Atletiko ilə müqaviləsi 2021-ci ilədəkdir. 25 yaşlı fransız bu mövsümdə keçirdiyi 17 oyunda 9 qol vurub.