1743
"Mançester Yunayted"in yarımmüdafiəçi Xuan Mata son uğursuzluqlarından məyus olub: "Bir neçə gün bundan əvvəl biz Hollandiyanın "Feyenoord"unu məğlub etdik. Yaxşı oynadıq, dörd qol vurub, Avropa Liqasındakı vəziyyətimizi yaxşılaşdırdıq. Bununla belə, Premyer Liqada indiyədək sabitlik əldə edə bilmirik. İndi səylə çalışırıq ki, qələbələri sıralayaq. Qəribə bu ki, biz nə vaxt qələbəyə yaxın oluruq, o, əlimizdən sadəcə çıxır. Biz bilirik ki, daha çox vurmaq lazımdır. İlin sonunadək səkkiz oyun var. Çərşənbə günü biz liqa Kubokunda "Vest Hem"lə qarşılaşacağıq. Bazar günü isə Premyer Liqa çərçivəsində "Everton"la üz-üzə gələcəyik. Güman edirəm ki, bu iki oyundan qalib ayrılmaqla özümüzə inamı artıracağıq".
Qeyd edək ki, dünən İngiltərə Premyer Liqasının XIII turunda "Mançester Yunayted" "Vest Hem"lə qarşılaşıb. "Qırmızı şeytanlar" "Vest Hem"lə oyundan 1 xalla ayrılıblar. Hazırda "Mançester Yunayted" 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. Onu liderdən - "Çelsi"dən 11 xal ayırır.