1809
Bu gün Topaz Premyer Liqasında XIII turun daha bir görüşü keçirilib. Bakı derbisində “Zirə” və “İnter” münasibətlərinə aydınlıq gətiriblər. Dördüncü pilləni “Kəpəz”ə verən Adil Şükürovun yetirmələri öz mövqelərinə qayıtmaq üçün qalib gəlməyə çalışsa da, doğma divarlar arasında yalnız 1 xal qazana bilib.
Liderlər qrupundakı yerini möhkəmlətmək üçün meydana çıxan “İnter” I dövrədəki kimi hesabı açsa da, üstünlüyü əldən verib. Ruslan Abışovun ikinci yarının əvvəlində vurduğu qol Zaur Svanadzenin yetirmələrini hesabda önə çıxarıb. Bu, Ruslanın cari mövsümdə 5-ci qolu olub. Yarımmüdafiəçi bununla da bombardirlər yarışında 2-ci pilləyə şərik olub.
İkinci hissənin yarıdan çoxunu azlıqda oynayan “İnter” üstünlüyünü qoruya bilməyib. Meydan sahibləri yalnız uzatma dəqiqəsində Yovan Krnetanın qolu ilə məğlubiyyətdən qaçıb. Beləliklə, paytaxt derbisində qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura liderlər – “Qəbələ” və “Qarabağ”ın sabah keçiriləcək dueli ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
XIII tur
28 noyabr (bazar ertəsi)
“Zirə” – “İnter” - 1:1
Qollar: Yovan Krneta, 90+3 - Ruslan Abışov, 48
Qırmızı vərəqə: Adran Skarlatake, 66
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
I dövrədəki oyun: 1:1
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov, 8. Milan Duriç, 19. Nurlan Novruzov, 92. Cavid Tağıyev, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 77. Yamin Ağakərimzadə, 7. Gerhard Proqni
Baş məşqçi: Adil Şükürov
“İnter”: 1. Səlahət Ağayev (k), 3. Denis Silva, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 55. Ağabala Ramazanov 9. Pərdis Fərcad-Azad
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 20. Aqşin Quluzadə, 11. Rauf Əliyev, 88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
Turnir cədvəli
|
1. |
Qəbələ |
12 |
8 |
4 |
0 |
27-4 |
28 |
|
2. |
Qarabağ |
12 |
9 |
1 |
2 |
24-5 |
28 |
|
3. |
İnter |
13 |
6 |
6 |
1 |
21-12 |
24 |
|
4. |
Kəpəz |
13 |
3 |
6 |
4 |
9-11 |
15 |
|
5. |
Zirə |
13 |
4 |
3 |
6 |
11-14 |
15 |
|
6. |
Sumqayıt |
13 |
3 |
5 |
5 |
12-18 |
14 |
|
7. |
Neftçi |
13 |
3 |
0 |
9 |
9-29 |
9 |
|
8. |
AZAL |
13 |
0 |
5 |
8 |
5-25 |
5 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7