bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Zaur Svanadze: "Kiçik səhvlə qələbəni əldən verdik"

28.11.2016 18:49 Oxundu 1808

"Qələbəyə çox yaxın idik. Son dəqiqələrdə kiçik səhvlə qələbəni əldən verdik. İlk hissədə yaxşı oynadıq". Bunu Bakı "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 13-cü turunda səfərdə "Zirə" ilə oyundan (1:1) sonra deyib,:"Skarlatakenin meydandan qovulmasından sonra bir az müdafiəyə oturduq. 10 nəfərlə oynamaq çətin idi. Artıq "Zirə" ilə ikinci oyunda son dəqiqələrdə qol buraxırıq. Bunu diqqətsizliklə əlaqələndirərdim".