28.11.2016 19:31
1780
1780
Finlandiya yığmasının atributları satılan mağazada bu ölkənin millisinin şərəfini qorumuş Roman Yeremenkonun üzərində adı yazılmış maykalarının satışına qadağa qoyulub. Bunun da əsaslı səbəbi var. Belə ki, noyabrın 18-də UEFA kokain qəbul etdiyi üçün Yeremenkonu iki il müddətinə futboldan kənarlaşdırıb. Cəza 6 oktyabr 2016-cu ildən qüvvədədir.
Qeyd edək ki, OMİK-in oyunçusu 29 yaşlı Roman Yeremenko Finlandiyanın millisində 70 oyun keçirib və 5 qol vurub.