bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Baptista: "Neymar dünyanın ən yaxşı oyunçusu olacaq"

28.11.2016 19:49 Oxundu 1761

"İspaniyanın "Barselona" komandasının hücumçusu Neymar tezliklə dünyanın ən yaxşı futbolçusu olacaq. Amma hələlik dünyanın ən yaxşı futbolçuların adına namizədlər - argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldudur". Bu fikirləri Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Julio Baptista deyib: "Hazırda məhz onlar bu ad uğrunda mübarizə aparırlar. Amma mən əminəm ki, Neymar dünyanın ən yaxşı oyunçusu olacaq". O daha sonra deyib: "Amma nə vaxt, onu dəqiq deyə bilmərəm. Ümid edirəm ki, bu, yaxın gələcəkdə baş verəcək, çünki Allah ona istedad verib, o, güclü futbolçudur. Ən yaxşı oyunçu adı ona əlavə güc verəcək".

Baptistanın fikrincə, həmyerliləri 2008-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının favoritlərindən biri olacaq:

"İndi millimizin yeni məşqçisi var. Komandamız çox yaxşı formadadır və dünya çempionatına da yaxşı hazırlıqlı gələcək və əminəm ki, güclü favoritlərindən biri olacaq".