28.11.2016 20:01
1811
1811
Noyabrın 29-da 18 yaşadək basketbolçular arasında Gürcüstan birinciliyinə start veriləcək. 7 komandanın mübarizə aparacağı turnirdə Azərbaycanın “Bakı” klubu da iştirak edəcək. Əsasən U-16 millimizin oyunçularından ibarət komandamız ilk oyununu ayın 29-da “Akademiya”ya qarşı keçirəcək.
Qeyd edək ki, Gürcüstana baş məşqçi Samit Nuruzadənin rəhbərliyi ilə yollanan komandamızın turnirdə iştirakı yeniyetmə basketbolçularımızın qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyacaq.