1616
Bu gün Topaz Premyer Liqada 13-cü tura yekun vurulacaq. Turun son oyununda liderlər üz-üzə gələcək. “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Hər iki komandanın aktivində 28 xal var. Liderlərin qarşılaşması maraqlı oyun vəd edir. Xatırladaq ki, bu komandaların ilk dövrədə “Qəbələ”dəki görüşündə meydan sahibləri qalib gəlmişdilər. Bu mənada, Qurban Qurbanov həmin məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı imkan əldə edib. Amma “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da dueldən qələbə ilə ayrılmaq niyyətindədi. 3 xal əldə edəcək komanda turnir cədvəlində vahid liderə çevriləcək.
29 noyabr (çərşənbə axşamı)
19:00. “Qarabağ” – “Qəbələ”
I dövrədəki oyun: 0:2
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azərsun Arena”
|