bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Yanal transfer edilən Hyun-Jun Sukla bağlı məsələ qaldırıb

29.11.2016 15:25 Oxundu 1787

“Trabzonspor”un (Millimizin hücumçusu Ramil Şeydayev də bu komandada çıxış edir) baş məşqçisi Ərsun Yanal hücumçu Hyun-Jun Suku komandadan göndərmək qərarı verib. Buna koreyalı futbolçunun ötən həftə “Gənclərbirliyi” ilə superliqa matçının sonlarında meydana girməkdən imtina etməsi səbəb olub. Qeyd edək ki, Yanal mövsümün əvvəli “Portu”dan transfer edilən Hyun-Jun Suku qış transferində klubdan göndərilməsi ilə bağlı klub rəhbərliyi qarşısında məsələ qaldırıb.Qeyd edək ki, 25 yaşlı futbolçu superliqada 10 oyunda 1 qol belə vura bilməyib.

Əlavə edək ki, “Trabzonspor”da millimizin hücumçusu Ramil Şeydayev də çıxış edir.