29.11.2016 15:50
1794
1794
Kolumbiyanin "Atletiko Nasional" klubu təklif edib ki, Cənubi Amerika Futbol Konfederasiyası Braziliyanın "Şapekoense" komandasını Sudamerikana Kubokunun qalibi elan etsin.
Bir daha xatırladaq ki, dünya futbolunda dəhşətli hadisə baş verib. Braziliyannın "Şapekoense" klubunun təyyarəsi qəzaya uğrayıb.
Hadisə A seriyası təmsilçisinin Sudamerikana Kubokunun final qarşılaşması üçün Kolumbiyaya səfəri zamanı yaşanıb. Komandanı aparan hava gəmisi Braziliyadan Boliviyaya, ordan isə Kolumbiyaya getməli olub. Lakin Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb. Komanda sabah Kolumbiya klubu "Atletiko Nasional"la finalın ilk görüşündə üz-üzə gəlməli idi.