1745
Madridin "Atletiko" və Fransa yığmasının hücumçusu Antuan Qrizmann hesab edir ki, bu il "Qızıl top"a namizədlər siyahısında adı olsa da, buna iddia etməyəcək: "Fərdi titula iddia etmək mənim üçün çətindir. Bunu ona görə demirəm ki, Ronaldo və Messidən pis oyunçuyam. Amma "Qızıl top"a sahib olmaq mənim məqsədimdir. Amma Ronaldo ötən mövsüm həm Çempionlar Liqasının və Avropa Kubokuna yiyələndi, yəni o, Qızıl topa layiqdir. Messi isə ötən mövsümdə olduğu kimi, bu mövsüm də qol vurmaqda davam edir. Odur ki, onların bu cür hökmranlığı qarşısında rəqabət aparmaq çətindir".
Qeyd edək ki, "Qızıl top"un sahibi dekabrın 13-də xüsusi mərasim zamanı elan olunacaq. Xatırladaq ki, "Qızıl top"a bu il əsas namizəd "Real"la Çempionlar Liqası və Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanan 31 yaşlı Ronaldo sayılır. Mükafatı son olaraq Messi qazanıb.
Məlumat üçün bildirək ki, "France Football" jurnalı dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına bütün namizədlərin adlarını açıqlayıb. Siyahıda 30 futbolçu yer alıb.
Bunlar Kriştianu Ronaldo (Portuqaliya, "Real Madrid"), Qaret Beyl (Uels, "Real Madrid"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya" Dortmund), Canluicu Buffon (İtaliya, "Yuventus"), Kevin de Bruyne (Belçika, "Mançester Siti"), Paulo Dibala (Argentina, "Yuventus"), Dieqo Qodin (Uruqvay, "Atletiko"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Qonzalo İquain (Argentina, "Yuventus"), Zlatan İbrahimoviç (İsveç, "Mançester Yunayted"), Andres İnyesta (İspaniya, "Barselona"), Koke (İspaniya, "Atletiko"), Toni Kroos (Almaniya, "Real Madrid"), Robert Levandovski (Polşa, "Bavariya"), Huqo Lloris (Fransa, "Tottenhem"), Riyad Maxrez (Əlcəzair, "Lester"), Lionel Messi (Argentina, "Barselona"), Luka Modriç (Xorvatiya, "Real Madrid"), Tomas Müller (Almaniya, "Bavariya"), Manuel Noyer (Almaniya, "Bavariya"), Neymar (Braziliya, "Barselona"), Dimitri Payet (Fransa, "Vest Hem"), Pepe (Portuqaliya, "Real Madrid"), Pol Poqba (Fransa, "Mançester Yunayted"), Ruy Patrisiu (Portuqaliya, "Sportinq"), Serxio Ramos (İspaniya, "Real"), Luis Suares (Uruqvay, "Barselona"), Ceymi Vardi (İngiltərə, "Lester") və Arturo Vidaldır (Çili, "Bavariya").