1968
12-ci dünya çempionu Anatoli Karpov şahmat tacının qalibinin tay-breklə müəyyənləşdirilməsini sərt tənqid edib. O deyib: "Tay-breklə qalibi müəyyənləşdirmək... bu, artıq şahmat olmadı. Dünya çempionunu bu cür müəyyənləşdirmək düzgün deyil. Sürətli şahmat hələ bu yerə gəlib çıxmayıb. Blitslə, tay-breklə şahmat... Bunlarla həyət çempionu müəyyənləşdirmək olar, dünya çempionunu yox. İlk qələbəyə kimi oynamaq daha doğru olardı".
Xatırladaq ki, Nyu-Yorkda norveçli Karlsenlə rusiyalı qrossmeyster Karyakin arasında keçirilən dünya şahmat tacı uğrunda matç əsas hissəsi 6:6 hesabı ilə başa çatıb. Rəqiblər hərəsi bir dəfə qalib gəliblər, qalan oyunlar isə heç-heçə nəticələnib. Qalib müəyyənləşmədiyindən şahmatçılar tay-brekdə güclünün adına aydınlıq gətirəcəklər. Tay-brekdə hər biri 25 dəqiqədən ibarət 4 partiya keçiriləcək. Əgər burada da qə qalibi müəyyən etmək mümkün olmasa, onda hər biri 5 dəqiqə olan 5 cüt blist oynanılacaq. Bərabərlik pozulmayacağı halda "qəfil ölüm" prinsipi işə düşəcək. Burada ağlara 5, qaralara 4 dəqiqə vaxt veriləcək. Ağlar qalib gələ bilməsə, qaralar qalib hesab ediləcək.
Bütün oyunlar noyabrın 30-də, Maqnus Karlsenin doğum günündə baş tutacaq.