29.11.2016 18:24
1665
1665
FİFA prezidenti Canni İnfantino Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib. C.İnfantino bunun futbol adına çox kədərli xəbər olduğunu deyib. “Kolumbiyadakı təyyarə qəzasına görə, dərin təəssüf hissi keçiririk. Hazırda bütün diqqətimiz baş verən hadisə, ölənlərin doğma və yaxınlarının yanındadır”, - deyə qurum rəhbəri əlavə edib.