bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "Hesabda geri düşsək də..."

29.11.2016 20:15 Oxundu 1929

Premyer Liqanın XIII turunda "Qarabağ""Qəbələ"ni 2:1 hesabıyla məğlub edərək turnir cədvəlinin vahid lideri olub. Komandanın baş məşqçisi Qurban Qurbanov oyun barede belə deyib: "Bizim üçün vacib oyun idi. Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən göstərdilər ki, qalib gəlmək istəyirlər.

Hesabda geri düşsək də, yekun nəticə xeyrimizə oldu. “Qəbələ” ilə münasibətlərimiz həmişə yaxşı olub. Bu komandaya, baş məşqçisinə hörmətimiz var.

İlk hissəni pressinqlə başlamaq, rəqibi topsuz qoymaq istəyirdik. İkinci hissənin əvvəlində o tempi saxlaya bilmədik. “Qəbələ” 15 dəqiqəlik istirahətdən sonra daha da aktivləşdi. Sonra öz səhvimizdən qol buraxdıq. Amma ümumilikdə futbolçularımdan razı qaldım".