bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Məsut Özil və Di Maria "Real"a qayıda bilər

30.11.2016 13:52 Oxundu 2240

Madrid "Real"ının keçmiş oyunçuları, hazırda İngiltərənin "Arsenal" klubunda çıxış edən Məsut Özil və Fransanın "PSJ" komandasının üzvü Anxel Di Maria yenidən eks-komandalarına qaytmaq niyyətindədirlər. Bu barədə İspaniyanın məhşur "Marka" qəzeti məlumat yayıb. Qəzetin məlumatında bildirilir ki, Məsut keçmiş komanda yoldaşları ilə söhbətində 2018-ci ildə bitəcək kontaraktını uzatmaq istəmədiyini deyib. Di Mariia da "PSJ"dən ayrılacağını bildirib.

Məlumatda o da qeyd olunur ki, "Real"ın prezidenti Florentino Peres situasiyanı diqqətdə saxlayır və imkan yaranan kimi hər iki futbolçunu geri qaytarmaq niyyətindədir.

Xatırladaq ki, Məsut "Arsenal"a 45 milyon, Di Maria isə "PSJ"-yə 75 milyon avro qarşılığında keçmişdi.