bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

SOCAR "Bursaspor"un stadionunu almaq istəyir?

30.11.2016 15:31 Oxundu 2036

Türkiyənin Bursa Böyükşəhər Bələdiiyə Stadionununu Qatardan bir firmanın almaq istədiyi bəlli idi. Amma bu günlərdə "Bursaspor"un ikinci başqanı Ali Adəmoğlu yerli bir televiziya kanalına verdiyi açıqlamada bildirib ki, stadiona sahib olmaq istəyən daha bir firma var, bu, Azərbaycan firmasıdır. Başqan danışıqların getdiyini, amma konkret bir qərara gəlmədikləri üçün firmanın adını açıqlamaq istəmədiyini bildirib. Bununla belə o, həmin firmanın enerji profilli olduğunu qeyd edib.

Bəz bu hansı firmadır? ölkə xaricində Azərbaycanın tanınan enerji firması SOCAR-dır. Bu səbəbdən ilk ağla gələn SOCAR olur. Amma bu neft şirkətinin "Bursaspor" stadionuna iddialı olması barədə əlimizdə fakt olmadığından Ali Adəmoğlunun məhz SOCAR-ı nəzərdə tutduğunu deyə bilmərik.